Bu ilin yanvar ayının əvvəlindən etibarən Gürcüstanda bir neçə nəfər donuz qripindən həyatını itirib. Qonşu Rusiyada da vəziyyət ürəkaçan deyil. Ölkənin bir sıra məktəb və bağçaları donuz qripi təhlükəsi ilə əlaqədar bağlanıb. Bəs ölkəmizdə bu epidemiya ilə bağlı vəziyyət necədir?
Səhiyyə Nazirliyinin nümayəndəsi Afaq Əliyeva bildirib ki, hazırda ölkəmizdə donuz qripinə yoluxma faktı aşkarlanmayıb, lakin həmsərhəd ölkələrdə epidemiyanın olması bizdə də təhlükə yaradır. Nə qədər təhlükə altında ola bilərik?
Sizcə, virusdan qorunmaq üçün nələr etməliyik?
Bununla bağlı Demokrat.az-a həkim-terapevt Günay Lətifova açıqlama verib.
Həkim qeyd edib ki, qonşu ölkələrdə bu kimi hadisələrin baş verməsi ürəkaçan deyil:
“Mən də Afaq xanımın sözlərinə qoşuluram. Hazırda ölkəmizdə donuz qripi ilə əlaqədər yoluxma faktı aşkarlanmayıb. Bizim də əslində bu təhlükəyə bir adım yaxınlıqda olmağımız deməkdir. Quru sərhədlərin bağlı olması əslində bu məsələləri biraz yubadır. Çünki quru sərhədlərin bağlı olması insanların kütləvi gediş-gəlişini azaldır. Bu da əslində virusların yayılmasının qarşısını alır. Amma təbii ki, hava yolu nəqliyyat vasitəsilə gediş-gəlişlərimiz davam edir. Xüsusilə Rusiyaya gediş-gəlişlərimiz aktiv şəkildədir. Nəinki qonşu ölkələr, həm xarici dövlətlər, həm də Avropa ölkələri ilə əlaqə və gediş-gəlişimiz var”.
Həkim əlavə edib ki, xəstəlikdən qorunmağın yolları müxtəlifdir:
“Ümumiyyətlə, sıxlıq olan yerlərdə xəstəlik sürətlə yayılır. Hazırda maskadan istifadə etmək lazımdır. Təbii ki, açıq havada maskanın istifadə edilməsinin qarşıyıq. Amma qapalı məkanlarda istifadə edilməsi vacibdir. Hava şəraitinə uyğun olaraq geyim tərzi seçmək vacibdir. Çünki elə soyuq dəyməni yaradan proseslərdən biri budur. Soyuqdəymə baş verdikdə bu halda mütləq şəkildə düzgün preparat qəbul etmək vacibdir. Həkimə müraciət etmək lazımdır. Ondan sonra həkim artıq uyğun olaraq müalicə təyin edəcək”.
Leyla Turan
Demokrat.az