ABŞ Prezidenti Donald Tramp fəaliyyətə başlayandan düyanın bir sıra ölkələri və bəzi regional təşkilatları hədələməklə məşğuldur. O artıq Kanada və Meksika mallarına 25 faizlik rüsum tətbiq edib. Çin mallarına isə bir qədər az, cəmi 10 faizlik rüsum qoyub. Bundan başqa, Tramp BRİCS ölkələrini dollardan imtina edəcəkləri təqdirdə, sanksiyalarla hədələyir. O, habelə Qrenlandiyanı ABŞ-ın tərkibinə qatacağını, Panama kanalına yenidən nəzarəti bərpa edəcəyini də bildirir. Avropa İttifaqı da bu müstəvidə kənarda qalmayıb. Bu qurum da Trampın təhdidləri altındadır. ABŞ-ın yeni Prezidenti neft istehsal edən ölkələrdən isə qiymətləri aşağı salmağı tələb edir. Siyasi müstəvidə isə Tramp yenə də İranı təhdiddə saxlayır.
Tramp ABŞ-ın müttəfiqi hesab olunan Avropa İttifaqına qarşı da tələblər irəli sürüb. O, qeyd edib ki, əgər Aİ əlavə gömrük tarifləri istəmirsə, ABŞ-dan daha çox neft və mayeləşdirilmiş təbii qaz (LNG) almalıdır.
Tramp bütün dünyanı ABŞ-a düşmən etmək istəyir?
Mövzu ilə bağlı Demokrat.az- açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Tramp bu açıqlamalarında kifayət qədər ciddidir və rəsmən dünyaya meydan oxuyur:
“Tramp bəsit bir insan deyil. Yəni bu insan biznesmendir və biznesmen olan birisi də riskləri, iqtisadiyyatı, iqtisad təhsilini, siyasi faktorları hesablamamış olmaz. Əslinə qalsa, bütün bunlar Trampın vahid bir planının parçası kimi görünsə də, hamısının ayrılıqda məqsədləri var. Misal üçün, Qrenlandiya və Kanada məsələsinin tamamilə məqsədi Arktik bölgədəki iqlim dəyişikliyi fonunda çıxarılmağa müsait olan karbohidrogen ehtiyatlarıdır. Yəni, söhbət burada neft-qazdan gedir. Çin bu əraziyə artıq limanlar almağa başlayıb. Rusiyadan Sibirin mühüm əraziləri icarəyə götürüb. Yəni bu ərazilərə faktiki olaraq, Çin nüfuz etməyə çalışır. Panama ilə bağlı da məsələ Çinlə bağlıdır, çünki Panamada Çinin icarəyə götürdüyü limanlar var və faktiki olaraq Kanadaya Çin nəzarət edir. Amerika buna görə o ərazini istəyir. Meksikaya gəldikdə isə Meksika ilə ABŞ arasında ədavət həmişə olub. Xüsusən də ABŞ-ın bu son atdığı addımlar fonunda Meksika “düşmənimin düşməni mənim dostumdur” prinsiplə yanaşır. Çinlə də kifayət qədər əlaqələri var. Yəni Amerika hər zaman Meksikadan bir zərbə gözləyib”.
Politoloq qeyd edib ki, İsrail ilə İran arasında böyük ehtimalla 2025-ci il ərzində gərginlik baş verəcək:
“Bu, keçən ilə nisbətən daha şiddətli bir gərginlik ola bilər. İsrailin əsas məqsədi İraqa edilən kimi İrana da hər bir müdaxilə edilməsini təmin etməkdir. Buna görə də bir koalisiya yaranmasını istəyir. Trampın seçilməyində yəhudi lobbisinin dəstəyi də açıq-aşkar bununla bağlıdır. Trampın da ilk məqamda bu istiqamədə açıqlamalar verilməsi həm yəhudilərin maraqları üzərindəndir, həm də İrana bir xəbərdarlıqdır. Tramp kifayət qədər ciddi açıqlamalar verir. Dediyim kimi, hər biri də əslində Amerikanın ayrı-ayrılıqda maraqlarına xidmət edir. Dünyada yeni bir nizam formalaşır. Görünür ki, Tramp bu nizamın formalaşmasında bir missiya üzərinə götürüb. Amerika özünü dünyaya düşmən edəcək bir ölkə də deyil, bunu etməz. Yəni nə qədər super güc ölkə olsa da, ən azından bunu etməz. Çünki təkbaşına super güc olmur. Amerikan gücünün təməl faktorlarından biri də müttəfiqləridir. Yəni bu, müttəfiqlərini küsdürmək istəməz. Düşünmürəm ki, Amerika gedib Qrenlandiyanı fəth edəcək ya da ki, Kanadanı ilhaq edəcək. Bunlar mümkünsüz şeylərdir. Sadəcə bəzi şeylər var ki, Amerika imtiyaz almaq istəyir. Tramp da buna görə bir təzyiq yolu ilə bunu deyir”.
Leyla Turan
Demokrat.az