ADY-nın əməkdaşları belə ifşa olundu: "Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik..." — VİDEO

GÜNDƏM 04 fevral 2025, 15:43
Xəbər verdiyimiz kimi ölkədə bələdiyyə seçkiləri keçirilib. MSK-nın bəzi dairələrdə pozuntu olması ilə bağlı rəsmi məlumat verib, həmçinin seçkilərdən sonra 20 müraciət daxil olub və araşdırırlır.

Demokrat.az
xəbər verir ki, xalq.az-a daxil olan məlumata görə bəzi seçki dairələrinin məntəqələrində "karusel" həyata keçirilib. Bu proses 109 saylı Qazax seçki dairəsi üzrə məntəqələrdə baş verib. Belə ki, ADY-nın Qazax Dəmir Yolları İdarəsinin əməkdaşları bir neçə məntəqədə səsverdiyi yerdə aşkarlanıblar.

Videoda göründüyü kimi səsverməyə gələn idarənin əməkdaş bildirib ki, Dəmir Yolları İdarəsinin rəsinin tapşırığı  ilə səsverməyə gəliblər.

Video sosial platformada yayımlanıb.

Bu məsələ ilə bağlı ADY-dan heç bir açıqlama almaq mümkün olmayıb. Qazax Dəmir Yolları İdarəsi ilə əlaqə yaratmaq cəhdləri uğursuz nəticələnib.

Qurumun açıqlmasını dərc etməyə hazırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 fevral 2025, 17:07
Top