Əsl kərə yağını necə ayırd etmək olar?

GÜNDƏM 04 fevral 2025, 15:30
"Ciddi marketlər şəbəkəsində saxta kərə yağı satılmır. Sadəcə istehlakçılar özləri diqqətli olmalıdırlar. Kərə yağı sıxmalı, ən bərk olanı almalıdırlar. Əsl kərə yağı bərk formada olur, kəsildiyi zaman qırılıb tökülür. Əsl kərə yağı səlist kəsilə bilmir. Marqarinlər və spred yağlar səlist kəsilir, qırılmır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib. 

"Vətəndaşlar eyni zamanda məhsulun üzərini oxumalıdırlar. Üzərinə "Naturalnaya maslo" yazılan yağlar bəzən bitki və inək yağı olmur, spred yağ olurlar. Ara marketlərdə hər cür yağ satıla bilər. Belə yerlərdə kərə yağları marqarin yağlara qarışdırılaraq satılır. İstehlakçıların hüququ var ki, onlar məhsulla bağlı istənilən sənədi tələb etsinlər. Ciddi marketlər şəbəkəsində satılan 82%-li yağlar normal kərə yağlarıdır. Xırda marketlər və bazarlarda bunlarla bağlı aldatmalar daha çox olur".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 fevral 2025, 17:07
Top