Prezidentdən Polad Bülbüloğlu ilə bağlı SƏRƏNCAM

SİYASƏT 03 fevral 2025, 15:20
Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

O, bu mükafata Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, Polad Bülbüloğlu 1991-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri, 2006-2024-cü illərdə isə Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışıb. O, hazırda VII çağırış Milli Məclisin deputatıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 fevral 2025, 17:54
Top