Bu şəxslərin ailə üzvlərinin sosial müdafiəsinə dair təkliflər hazırlanacaq

SİYASƏT 03 fevral 2025, 16:41
Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı təkliflər hazırlanacaq.

Demokrat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Minatəmizləmə fəaliyyəti haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.

Nazirlər Kabineti minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 fevral 2025, 17:54
Top