Azərbaycanda futbol komandasının başına fitness məşqçisi gətirildi — ŞOK!

İDMAN 03 fevral 2025, 17:00
Elhad Nəziri ilə vidalaşan "Cəbrayıl"da yeni baş məşqçisi təsdiqlənib. I Liqanın debütantı Əli Muradova tapşırılıb. Onunla yayadək müqavilə imzalanıb.

Demokrat.az
sportinfo.az-a istinadən xəbər verir ki, əslində isə bu, formal sövdələşmədir. Muradovun əlində B kateqoriyalı lisenziya olduğu üçün klub rəhbərliyi kağız üzərində belə bir "manevr" edib. Gerçəkdə komanda Təmkin Xəlilzadənin sərəncamındadır.

Vaxtilə millinin şərəfini qorumuş, hazırda isə minifutbol çempionatında "Birbaşa"nın formasını geyinən Xəlilzadə məşqçilikdə ilk addımlarını "Cəbrayıl"da atmağa başlayıb. O, futbolçulara məşq keçir, heyəti və taktikanı müəyyənləşdirir, Əli Muradov isə sadəcə, texniki zonada əyləşir.

Kollektivin idarəçiliyi birbaşa Xəlilzadənin nəzarətindədir. Məşqçi kurslarında oxumadığı üçün təyinatını rəsmiləşdirmək mümkün olmayıb.

O, İdman Akademiyasının məzunudur. Fitness məşqçisidir. İndiyədək bir neçə yerdə çalışıb.

"Keşlə"də (indiki "Şamaxı") Sənan Qurbanovun məşqçi korpusunda yer alıb. Həmçinin futzal üzrə millidə və "Araz-Naxçıvan"da fəaliyyət göstərib. "Cəbrayıl"a da təsadüfən gəlməyib. Təmkin Xəlilzadənin yaxın dostudur. Bu münasibətlər isə "Birbaşa"dan başlayıb. Muradov minifutbol komandasında fiziki hazırlığa məsul şəxsdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 fevral 2025, 17:54
Top