Bu deputata yeni vəzifə verildi — FOTO

DAXİLİ SİYASƏT 03 fevral 2025, 12:54
Milli Məclisdə daha bir ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklikdə əksni tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan - Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

İşçi qrupuna rəhbərlik deputat Səbinə Salmanovaya həvalə edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top