“Yoxlamaların ləğvi özəl xəstəxanalarda xidmət keyfiyyətini aşağı salıb”

SİYASƏT 03 fevral 2025, 16:37
“Müəyyən yoxlamaların ləğvi bəzi özəl tibb müəssisələrində gigiyena, xidmət keyfiyyəti və peşəkar standartların aşağı düşməsinə səbəb olduğu hamımıza aşkardır”. 

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 

Deputat qeyd edib ki, bəzi özəl müəssisələr yoxlamaların olmamasından sui-istifadə edərək keyfiyyətsiz və sertifikatsız tibbi xidmətlər təqdim edir: “İstehlakçı hüquqlarının müdafiəsində probemlər yarandı. Saxta və standartlara cavab verməyən müəsisələrin çoxalmasını müşahidə edirik. Bu o demək deyil ki, ölkədəki bütün özəl tibb müəsisələrinin hər birində problemlər var. Ölkədə kifayət qədər yüksək səviyyədə xidmət göstərən tibb müəsisələrimiz var. Dünya təcrübəsindən də bilirik ki, özəl tibb müəsisələri həm də ölkələrdə ümumi tibbi keyfiyyətin artırılması üçün lokomativ rolunu oynayır. Amma bəzən bu şəkildə yoxlamalardan sui-istifadə edərək nəzarətsiz qalan tibb müəsisələrinin bu şəkildə addımlar atması ölkədə cəmiyyətlə tibb sahəsi mütəxəsisləri arasında uçurumların yaranmasına səbəb olur”.

Deputat əlavə edib ki, hamıya bəllidir ki, bu yoxlamaların dayandırılmasından keçən dövr ərzində Azərbaycanda səhiyyə büdcəsi 4,2 dəfə artıb: “Ölkədə dövlət tərəfindən həyata keçirilən səhiyyə islahatlarının ən yüksək səviyyədə tətbiqi üçün iş həyata keçirilir. Bu yoxlamaların dayandırılmasından sui-istifadə hallarının aradan qaldırılması üçün müzakirələrin aparılmasına, bəlli qayda və qanunların düzənlənməsinə ehtiyac var”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 fevral 2025, 17:54
Top