YapiKredi Müraciət Forması
Daxili siyasət

Eldar Əzizov səs verdi

Eldar Əzizov səs verdi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.

Demokrat.az xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. (Report)

D
demokrat.az