Karyerasını başa vuran Mariya Stadnik Azərbaycan Güləş Federasiyasında (AGF) qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib.
Demokrat.az xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.
O, bundan sonra funksioner kimi fəaliyyət göstərəcək və zəngin təcrübəsini qadın güləşinin inkişafı yolunda istifadə edəcək.
Qeyd edək ki, Mariya Stadnik dünən karyerasını başa vurduğunu açıqlayıb. O, İkiqat dünya və onqat Avropa çempionudur. Bundan əlavə, Mariya Stadnik Yay Olimpiya Oyunlarında iki gümüş və iki bürünc mükafat əldə edib.