Amerikanın ən simic milyarderi: Pula görə övladının dəfninə getmədi —VİDEO

DÜNYA 03 fevral 2025, 08:53
Baku TV-də Amerikanın ən zəngin və tamahkar milyarderi, ömrü boyu xeyriyyəçiliyə bir qəpik belə ianə etməyən, hətta nəvəsinin həyatını pula görə qurban verməyə hazır olan Jan Pol Getti haqqında araşdırma materialı yayımlanıb.

Jan Pol Getti 15 dekabr 1892-ci ildə Amerikada neft maqnatı Corc Franklin Getti və Sara Ketrin MakFerson Rişerin ailəsində anadan olub. Ailə ilk övladını itirdiyinə görə Polun təhsil və tərbiyəsinə xüsusi diqqət yetirir. Hələ məktəbli ikən 7 dili mükəmməl bilən və əla yaddaşa sahib olan gənc Oksford Universitetinə daxil olur. Universiteti bitirdikdən sonra neft alverinə başlayır və ilk milyonunu 1916-cı ildə 23 yaşında qazanır.

1949-cu ildə Səudiyyə Ərəbistanında neft hasil etmək fürsəti əldə edir və milyardlar qazanmağa başlayır. Ömrü boyu bir qadınla yaşamağın ancaq kasıblara yaraşdığını iddia edən Getti 5 dəfə özündən yaşca çox kiçik olan qadınlarla evli olur. Onun beşinci evliliyi uzun çəkir: 20 ilə yaxın. 5 evlilikdən beş övladı olan Getti həmişə biznesi ailəsindən üstün tutur. Övladlarından biri 12 yaşında xəstəlikdən dünyasını dəyişəndə Avropadakı işini qoyub uşağın dəfninə gəlməyə belə zəhmət çəkmir. 1973-cü ildə onun 16 yaşlı nəvəsini qaçırırlar.

Cinayətkarlar milyarderin ailəsindən 17 milyon tələb edirlər. Gənc babasına məktublar yazıb pul verməsini xahiş edir, amma babası onun xahişlərinə məhəl qoymur. Bununla bağlı müsahibə verən Getti deyir: "Mənim 14 nəvəm var və bu gün biri üçün pul ödəsəm, sabah digərləri da oğurlanacaq".

Cinayətkarlar gənci 5 ay əsir saxlayıb, qulağını kəsərək məktubla birlikdə nəşriyyatın redaksiyasına göndərirlər. Bu oğurluğu nəvəsinin və anasının təşkil etdiyinə inanan Getti sonda oğrulara pul ödəməyə razılaşır. Yaşa dolduqca Gettinin xəsisliyi də artır. Bir kostyumu yırtılana qədər geyinir, pula qənaət etmək üçün paltarlarını özü yuyur və heç vaxt qiyməti 1 dollardan artıq olan corab almır. 3 oğlu və 16 nəvəsi olan Getti 1976-cı ildə prostat xərçəngindən öz imarətində tək-tənha vəfat edir.

Ailəsinə və ən yaxın xidmətçilərinə çox cüzi məbləğ, bütün əmlakını isə muzeylərə vəsiyyət edir.

Ətraflı süjetdə:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top