Ekspert: “Süni intellektin istifadəsi qanun çərçivəsində tənzimlənməlidir”

GÜNDƏM 01 fevral 2025, 19:27
“Süni intellekt istifadəsində əsas məsələlərdən biri məxfilik və təhlükəsizliklik riskləridir. Birincisi şəxsi məlumatların icazəsiz istifadəsi, ikincisi kibertəhlükəsizliyin zəifliyidir. Bu gün istifadə etdiyimiz chatbotlar əladır, ancaq kiber təhlükəsizlik baxımından boşluqlar var. Hər hansı açar söz yazdıqda kod necədir və.s hamısını göstərə bilir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib.

“Süni intellekt gələcək zamanda gəlir bərabərsizliyi yarada, yeni peşələrə uyğunlaşma çətinliyi meydana gələ bilər. Artıq SMM, dizayn kimi işlərdə ciddi süni intellekt həlləri var. Digər yandan süni intellekt bizə yanlış həllər verə bilər. Yanlış tibbi diaqnoz qoya bilər. Kredit məsələlərində də bu risklər mövcuddur. 98% doğruluq payı olsa da, 2%-lik itki bank sistemində pul itkisi deməkdir. Tibbdə isə 2%-lik yanlış ciddi problemlər yarada bilir”. O bildirib ki, digər məsələ etik və hüquqi problemlərdir:

“Burada saxta xəbərlərin və dərin saxta xəbərlərin yayılması çox rahatdır. Hətta türkiyəli ateist alim Cəlal Şəngörə süni intellekt vasitəsilə dua oxudublar. Bir neçə saniyəlik səs yazısı ilə insanın səsindən musiqi oxutmaq mümkündür. Bu zaman reallığı ayırd etmək olmur. Bizi yönləndirə biləcək süni intellekt həlləri də var. Hansı ki, sosial şəbəkələrimizi analiz edir və bizə istiqamət verir. 
Süni intellektdəki risklərdən biri öz-özünə qərar verən sistemin yaranması ola bilər. Sistemin sıradan çıxması qlobal problemlər yarada bilər. Nə olursa olsun, süni intellekt nəzarət altında olmalı, öz-özünü idarə etməməlidir. Manipulyasiya və cəmiyyətin asılılığı bir digər məsələdir. İnsanların asılılığı fərdi qərarlara təsir edir. Məsələn, siyasi kampaniyalar aparılır, insanlar yönləndirilir. Və ya süni intellekt mənim profilimi çox yaxşı incələyir və qarşıma  marağımı cəlb edəcək məzmunlar çıxarır. Məhsul mənə bir neçə dəfə təqdim ediləndə artıq onu alıram”. 

Onu sözlərinə görə, yaradıcılıq azalır və ya keyfiyyəti həddən artıq düşür:

“Bu da ona gətirib çıxarır ki, insanlar ən sadə şeyləri belə "chatbot"lardan soruşur. İnsanların işi sürətli getsə də, yaradıcılıq azalır. Süni intellektdən istifadə faydalı olsa da, sosial, iqtisadi, etik problemlər yarada bilir. Bu səbəbdən süni intellektin məsuliyyətli, şəffa və etik çərçivələr mütləqdir. Bunun üçün artıq Avropada qanun çərçivəsində görülən işlər var. Maarifləndirmə işləri aparmaq da riskləri azalda bilər”. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 fevral 2025, 20:12
Top