"Yeni dönəmdə də Belarus ilə Azərbaycan arasında olan münasibətlər inkişaf edəcək"

GÜNDƏM 30 yanvar 2025, 16:01
Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlib. Belarus prezidentinin yeni hakimiyyət dönəmində Azərbaycanla olan münasibətlərini nə gözləyir?

Bununla bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Belarusda keçirilən seçkilər suveren seçkilər adlandırıla bilər:

“Qərb nə qədər cəhd etsə də seçkilərin gedişinə mane ola bilmədi. Seçkilər şəffaf, açıq şəraitdə keçirildi. Mən də bu seçkiləri izləyən beynəlxalq müşahidəçilər sırasında idim. Belarus Azərbaycan üçün yaxın, dost dövlətdir. Belarus Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyib. Belarus Azərbaycana müəyyən şərtlərin, məhdudiyyətlərin, qadağaların olduğu bir zamanda silah satıb. Bu da ikitərəfli münasibətləri yeni müstəviyə qaldırmışdır. Eyni zamanda torpaqlar azad edildikdən sonra Belarus Prezidenti Aleksandr Lukaşenko mədəniyyət paytaxtımız Şuşaya səfər etmişdir. Bu qeyri-türk dövlətlərini təmsil edən ilk dövlət başçısı idi”.

Politoloq bunun çox yüksək göstərici olduğunu diqqətə çatdırıb:

“Belarusun kənd təsərrüfatı və sənayə sahəsində böyük naliyyətləri var. Bu da bizə imkan yaradır ki, Qarabağın yenidən qurulmasında, Qarabağın kənd təsərrüfatı yönümlü müxtəlif məqsədlərin reallaşdırılmasında onların təcrübəsindən istifadə edək. Belarus tərəfi də buna çox müsbət yanaşır. Eyni zamanda Belarusda prezident seçkiləri keçirdikdən sonra Aleksandr Lukaşenkonu təbrik edən ilk liderlər arasında Prezident İlham Əliyevin adı var idi. Bu da iki lider arasında möhkəm dostluq münasibətlərini ifadə edən yanaşmadır. Eyni zamanda hesab edirəm ki, yeni dönəmdə də Belarus ilə Azərbaycan arasında olan münasibətlər inkişaf edəcəkdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 21:16
Top