Neymar Səudiyyə Ərəbistanı klubundan ayrıldı — RƏSMİ

İDMAN 28 yanvar 2025, 09:04
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu braziliyalı hücumçu Neymarla yollarını ayırıb.

Demokrat.az xəbər verir ki, qərarı klubun mətbuat xidməti açıqlayıb.

"Əl-Hilal" və Neymar qarşılıqlı razılıq əsasında müqavilə münasibətlərinə xitam verməyə razılaşıblar.

Klub Neymarın klubdakı karyerası ərzində gördüyü işlərə görə ona təşəkkürünü bildirib və futbolçuya uğurlar arzulayıb. 

Xatırladaq ki, Neymar Səudiyyə Ərəbistanında cəmi 7 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun bazar dəyəri 15 milyon avrodur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top