Tramp: "ABŞ Səudiyyə Ərəbistanı və OPEC-in neft qiymətlərini endirməsi üçün səy göstərəcək"

DÜNYA 23 yanvar 2025, 22:59

"ABŞ Səudiyyə Ərəbistanı və OPEC-in neftin qiymətini aşağı salması üçün səylərini artıracaq, o cümlədən Ukrayna məsələsi ilə bağlı Rusiyaya təzyiq göstərəcək".

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.

O deyib ki, əgər neftin qiyməti aşağı düşsə, Rusiya ilə Ukrayna arasındakı müharibə dərhal sona çatar, amma hazırda qiymətlər müharibəni davam etdirmək üçün kifayət qədər yüksəkdir.

Tramp, həmçinin bildirib ki, OPEC ölkələri çoxdan neftin qiymətini aşağı salmalı idilər, bu halda Ukraynada münaqişə artıq başa çatmış olardı.

ABŞ prezidenti əlavə edib ki, Səudiyyə Ərəbistanı hazırda ABŞ-yə təxminən 600 milyard dollar sərmayə yatırır, amma o, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səuddan bu sərmayəni 1 trilyon dollara çatdırmağı xahiş edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 yanvar 2025, 23:30
Top