"İnsan alverinə qarşı mübarizə: mövcud vəziyyət və gözləntilər" adlı ictimai müzakirə keçirilir

SOSİAL 17 yanvar 2025, 11:59
Bu gün Bakı şəhərində "İnsan alverinə qarşı mübarizə: mövcud vəziyyət və gözləntilər" adlı ictimai müzakirə keçirilir.

Demokrat.az xəbər verir ki, tədbirdə insan alverinə qarşı mübarizənin aktual məsələləri və bu sahədəki yeni çağırışlar barədə geniş fikir mübadiləsi aparılır.

Tədbirdə İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova moderatorluq edir. Müzakirələrdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi İbrahim Əhmədov, Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskəndərli, PSİAM İB-nin sədri Zaur İbrahimli, QHT nümayəndələri, media nümayəndələri iştirak edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top