Aviaşirkətlər Yaxın Şərqə qayıdır

DÜNYA 16 yanvar 2025, 20:45
Hava yolları Yaxın Şərqdə yenidən fəaliyyətə başlayır. Atəşkəsdən sonra "Lufthansa" və "Wizz Air" İsrail və İordaniyaya uçuşları bərpa edərkən, Türk Hava Yolları da Suriyaya uçuşlara hazırlaşır.

Demokrat.az
xəbər verir ki, Yaxın Şərqdə sülh bərpa olunur.

"Wizz Air" cümə axşamı London Luton Hava Limanından İordaniyanın Əmman şəhərinə uçuşları bərpa edib. Lufthansa-nın qərarı çərçivəsində qrupun alt markaları Brussels Airlines, Eurowings, Austrian Airlines və Swiss, Tel-Əvivə uçuşlarına davam edəcək.

Suriyada Əsəd rejiminin süqutundan sonra Türk Hava Yolları yanvarın 23-də həftədə üç uçuşla Suriyanın paytaxtı Dəməşqə uçuşlara başlayacağını açıqlayıb.

Bununla belə, aviaşirkətlər regionda fəaliyyətini tam bərpa etməzdən əvvəl ehtiyatlı davranırlar.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top