Zurabişvili bu hərəkətləri ilə gülüş doğurur — Millət vəkili

DÜNYA 13 yanvar 2025, 15:31
Bildiyimiz kimi, Mixeil Kavelaşvili  Gürcüstanın yeni prezidenti seçildi. Salome Zurabişvili isə prezidentlik vəzifəsindən uzaqlaşdırıldı.

Gürcüstan uğrunda savaşda Zurabişvilini Mixail Saakaşvilinin aqibəti gözləyirmi?

Mövzu ilə bağlı millət vəkili Azər Badamov Demokrat.az-a açıqlama verib. O bildirib ki, Gürcüstanda Mixeil Kavelaşvili prezident səlahiyyətlərinin icrasına başlayıb:

“Artıq Salome Zurabişivilinin dönəmi isə başa çatıb və gürcü xalqı yeni bir dövrə qədəm qoyub.  Salome Zurabaşvili Qərbin Gürcüstanda planlarının icraçısı idi. O, daha çox öz ölkəsinin milli maraqlarına zidd gedən adam kimi yadda qaldı. Ona görə də hakimiyyətdə olduğu illərdə Qərbin maliyyələşdirdiyi radikal müxalifətin yanında olub və onlara dəstək verib. Hətta Gürcüstanda keçirilən parlament seçkilərini də saxtalaşdırmaqla tanımadığını elan etməklə xalqı ayağa qaldırmağa çalışdı.  Amma gürcü xalqı öz seçimini Gürcüstanı Qərbin əlaltısına çevrilməsindən xilas edərək müstəqil ölkənin gələcəyinə səslərini verdilər.  Salome Zurabaşivili isə əvvəl prezidentlik sarayından çıxmayacağını bəyan etsə də Kavelaşvilinin inaqurasiyası günü də şələ-küləsini yığışdıraraq, çıxmağa məcbur oldu. Sonra isə Tbilisidə hansısa bir küncdə prezident kimi öz səlahiyyətlərinə davam etdirəcəyini və radikal müxalifətə onun yanında olmağına çağırış etdi”.

A. Badamov onu da qeyd edib ki, Zurabişivilinin bütün bu hərəkətləri gülüş doğurur və Gürcüstan dövlətinə qarşı atılmış addımlar idi:

“Təbii ki, o belə hərəkətlərə davam edərsə, Gürcüstan hüquq mühafizə orqanları onun hərəkətlərinə hüquqi qiymət verəcəkdir. Amma belə tədbirlərə ehtiyac qalmayacağını hesab edirəm.  Çünki Zurabişivili gələcək həyatını Qərbin Gürcüstanda  5-ci kolonun rəhbəri kimi uzaqdan müdaxilə etməyə çalışacaq”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top