“Yapı Kredi Bank Azərbaycan” rəhbərindən təbrik: “25 ilin təcrübəsi ilə dayanıqlı inkişaf yolu…”

MALİYYƏ 13 yanvar 2025, 13:45
"Hörmətli müştərilərimiz, dəyərli əməkdaşlarımız və dəyərli tərəfdaşlarımız, 2000-ci ildən etibarən fəaliyyət göstərən Yapı Kredi Bank Azərbaycan bu il 25 illik yubileyini qeyd edir. Bu müddət ərzində etibarlılıq, peşəkarlıq və innovasiyalara açıqlıq prinsipləri ilə ölkəmizin bank sektorunda önəmli bir mövqe əldə etmişik. Bu nailiyyətlərdə müştərilərimizin və əməkdaşlarımızın töhfəsi böyükdür". 

Demokrat.az
xəbər verir ki, bunu Yapı Kredi Bank Azərbaycanın İdarə Heyətinin Sədri Cenk Yüksel bildirib.



İdarə Heyətinin rəhbəri bildirib ki, bank əsas səhmdarı Yapı Kredi A.Ş.-nin dəstəyi ilə müştərilərinə 8 filial, 1 şöbə, 24/7 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet və Mobil Bankçılıq məhsullarımız vasitəsilə daim yenilikçi həllər təqdim etməyə davam edir:
 
"Türkiyə bazarında mübahisəsiz lider mövqeyini qoruyan kredit kartı olan Worldcard-ı ölkəmizdə 2012-ci ildən etibarən təqdim etməyimizlə fəxr edirik. Bununla yanaşı, 2014-cü il tarixində çoxfunksiyalı İnternet və Mobil Bankçılıq platformamız müştərilərimizin maliyyə əməliyyatlarını daha rahat və sürətli yerinə yetirmələri üçün istifadəyə verilib. Həmçinin, Mobil Bankçılıq xidmətimizə “Asan İmza” texnologiyasını ilk dəfə inteqrasiya edərək müasir texnologiyanın üstünlüklərini müştərilərimizə təqdim etmişik.

Son 25 il ərzində qeyri-neft sektorunun kreditləşməsinə verdiyimiz diqqət ilə yüzlərlə müəssisəni dəstəkləmişik və iri infrastruktur layihələrinin maliyyələşdirilməklə Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermişik. İşğaldan azad edilmiş torpaqların bərpası istiqamətində maliyyə həllərimizi genişləndirərək həmin bölgələrdə iqtisadi fəallığın artırılmasına dəstək olmağa davam edirik.

Əsas səhmdarımız, Türkiyənin ən böyük holdinqlərindən biri olan Koç Holdinqin sahib olduğu Yapı Kredi A.Ş.-nin qabaqcıl təcrübəsini ölkəmizə gətirərək müştərilərimizə daha sadə və innovativ həllər təqdim edirik və rəqəmsal transformasiya sahəsində inkişafımızı davam etdirməyi planlaşdırırıq.

Dayanıqlılıq prinsipləri Yapı Kredi Bank Azərbaycan üçün fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Bankımız, ölkədə ISO 14001:2015 və ISO 14064 sertifikatlarını əldə edən ilk bank olub". 

Cenk Yüksel bildirib ki, Yapı Kredi Bank Azərbaycan İngiltərənin nüfuzlu Global Banking and Finance Review jurnalı tərəfindən “Ən Etibarlı Bank 2018” mükafatına layiq görülüb:

"Bu mükafat bankımızın yüksək xidmət standartlarının və müştəri məmnuniyyətinin bir göstəricisidir. 25 illik uğurlu fəaliyyətimiz bizi gələcəyə daha inamla addımlamağa ruhlandırır, Yapı Kredi Bank Azərbaycan olaraq Azərbaycan dövlətinin dayanıqlı inkişaf strateqiyasına, bankımızın innovasiya və sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq müştərilərin etimadını doğrultmağa davam edəcəyik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top