"Bu halda Çinə qarşı da sanksiya tətbiq oluna bilər" — ŞƏRH

GÜNDƏM 07 yanvar 2025, 19:48
ABŞ-nin maliyyə naziri Canet Yellen Çinin Ukrayna münaqişəsində Rusiyaya maddi dəstək göstərəcəyi təqdirdə Pekini “əhəmiyyətli nəticələrə səbəb olacaq çox ciddi sanksiyalarla” hədələyib. 

Bununla bağlı politoloq Fərhad Məmmədov Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki, Tramp dövründə Rusiya-Ukrayna münaqişəsinə Trampın hər iki tərəfə təzyiq göstərmək niyyəti var:

“Bu təzyiqlər Ukrayna tərəfinə silahın verilməməsi kontekstindədir. Rusiyaya isə təzyiq mexanizmləri iqtisadi sanksiyalar istiqamətindədir.  Belə olan halda müharibəni tez bir zamanda bitirmək üçün bu təzyiqlər əsaslı və təsirli olmalıdır. Çinin isə Rusiyaya iqtisadi kömək göstərməsi nəticəsində Trampın addımları aşağı səviyyədə ola bilər. Ona görə indidən Çin istiqamətli belə bir mesajlar verilir. Əgər ABŞ Rusiyaya qarşı bu sanksiyaları tətbiq edərsə onun təsirini azaltmaq üçün Çin-Rusiyaya birbaşa iqtisadi yardım göstərəcək. Bu halda Çinə qarşı da sanksiyada tətbiq oluna bilər”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 yanvar 2025, 17:42
Top