Gürcüstan millisinin hücumçusu Bundesliqa klubunda — RƏSMİ

İDMAN 04 yanvar 2025, 17:43
Gürcüstan millisinin futbolçusu Budu Zivzivadze Almaniya Bundesliqasında çıxış edəcək.

Demokrat.az xəbər verir ki,  30 yaşlı hücumçu "Haydenhaym"a transfer olunub.

Məlumatı klubun mətbuat xidməti yayıb. Zivzivadzenin 4 illik müqaviləyə imza atdığı bildirilib.

Sözügedən futbolçu son iki mövsümü Almaniyada "Karlsrue"nin formasını geyinib. Bu müddət ərzində forvard 61 matçda 21 qol vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top