Kadırov çətin durumda: Putinə söz verdi, əməl edə bilmir!

DÜNYA 04 yanvar 2025, 11:48
Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə verdiyi vədi yerinə yetirə bilmir.

Demokrat.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları yazıb.

“Kadırov Suriyanın yeni hakimiyyət orqanları ilə razılığa gələcəyinə və bu ölkədə Rusiyanın hərbi mövcudluğunu saxlayacağına zəmanət verib. O vaxtdan heç bir dəyişiklik olmayıb. Üstəlik, danışıqlarda Rusiyanın mövqeləri pisləşib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, bununla yanaşı, Almaniya və Fransanın xarici işlər nazirləri artıq Suriyaya səfər edib. Hətta Ukraynanın xarici işlər naziri də artıq Dəməşqə uçmağa nail olub:

“Mürəkkəb qeyri-rəsmi ünsiyyət mövcuddur. İndi Suriyanı demək olar ki, tamamilə tərk etməli olacağımıza dair siqnallar alırıq. Eyni zamanda, Ərdoğan Suriyanın yeni hakimiyyət orqanlarına legitimlik təmin etmək üçün mümkün qədər işə qarışıb”.

Məlumata görə, Vladimir Putin “Heyət Təhrir əş-Şam”la danışıqlar üçün başqa vasitəçilər axtarıb, amma Kadırovdan yaxşısını tapa bilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 yanvar 2025, 12:58
Top