“Nursultan Nazarbayev istefa versə də, Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edərkən siyasi ədəbini qorumadı. Baş naziri, Milli Bankın sədrini, nazirləri, qubernatorları mütəmadi olaraq dəvət edir, görüşlər keçirirdi. Öz vətəndaşlarımızı, xarici liderlər, diplomatlar da təəccüblənirdilər”.
Demokrat.az bildirir ki, bu sözləri Qazaxıstanın prezidenti Tokayev “Ana Tili” qəzetinə verdiyi müsahibəsində 2022-ci ilin yanvarında baş vermiş iğtişaşlar barədə danışarkən deyib.
Onun sözlərinə görə, həmin dövrdə cəmiyyətdə istehza edirdilər ki, Nazarbayev vəzifəsini tərk edəndən sonra hətta yüksəldilib, indi prezident də ona hesabat verir. Əslində bu zarafat deyildi.
“Bu vəziyyət ikihakimiyyətliliklə bağlı geniş miqyaslı söhbətlərə səbəb olub. Məmurlar ofislərdə o qapıdan bu qapıya qaçırdılar. Yumşaq desək, bəzi məmurlar bu inanılmaz vəziyyəti qanuniləşdirməyə çalışdılar. Nursultan Nazarbayev 2021-ci ilin noyabrında Astana klubunun iclasında 92 yaşlı Mahathir Məhəmmədi misal çəkərək Akordaya qayıda biləcəyini dedi. Nursultan Nazarbayevin bu bəyanatı və həmin ilin dekabrında Sankt-Peterburqda keçirilən MDB sammitində iştirakı indiki hakimiyyət böhranına səbəb olan əsas hadisələrdir. Ancaq sağlam düşüncə nümayiş etdirmək və Nursultan Nazarbayevin Qazaxıstanın inkişafına verdiyi tarixi töhfəni düzgün qiymətləndirmək lazımdır”-deyə Prezident vurğulayıb.
Tokayev bildirib ki, Prezident kimi dövlətin maraqlarını rəhbər tutmaq, milli birliyi hər şeydən üstün tutmaq onun borcu olub. “İndi ayda bir dəfə telefonla danışırıq”.
Tokayev həmçinin deyib ki, Nursultan Nazarbayevlə Vladimir Putinin dekabr görüşü son bir ildə ikinci görüşdür: “Payızın əvvəlində keçirilən ilk görüş mediada qeyd olunmadı. Çox güman ki, köhnə dostlar və həmkarlar kimi görüşüblər. Belə görüşlər adətən Nursultan Abişulanın təşəbbüsü ilə keçirilir. Bu onun üçün çox vacibdir. Qazaxıstan SSR Nazirlər Sovetinin keçmiş sədri, partiyanın rəhbəri və suveren Qazaxıstanın prezidenti kimi Nursultan Nazarbayevin Kremllə sıx mənəvi və siyasi əlaqələri var. Moskvada çox vaxt keçirib, bir neçə dəfə ezamiyyətdə olub, qurultay və plenumlarda iştirak edib, işgüzar və rəsmi səfərlər edib”.