Türkiyənin "Qalatasaray" klubu böyük idman kompleksi inşa edəcək.
Demokrat.az xəbər verir ki, Ekologiya və Şəhərsalma Nazirliyi tikintiyə rəsmi olaraq icazə verib.
Yeni arena "Qalatasaray"ın ev oyunlarını keçirdiyi "Rams Park"ın yanında tikiləcək və 62 hektar ərazini əhatə edəcək. Arenada basketbol və voleybol salonları ilə yanaşı, olimpiya səviyyəli qapalı hovuz da yer alacaq.
Layihə çərçivəsində azarkeşlərin faydalana biləcəyi restoranlar, konfrans salonları və digər obyektlər tikiləcək.
"Qalatasaray" rəhbərliyi bu nəhəng layihənin sonunda tam bir "Qalatasaray" dünyasını tək dam altında yaratmağı hədəfləyir. Bu kompleks sayəsində azarkeşlər oyun günlərində unikal idman və əyləncə festivalı keçirə biləcəklər. (qol.az)