"Ən böyük cinayət təyyarəmizə beynəlxalq normalara görə eniş üçün icazə verməməkdir" — Politoloq

GÜNDƏM 28 dekabr 2024, 14:30
"Rusiya dünyada elə dövlətlərdəndir ki, beynəlxalq, humanitar hüquq məsələlərinə hörmətlə yanaşmır. Biz bunu illərdir görürük. Təyyarə qəzası Rusiya HHM tərəfindən törədilmiş hadisədir. Bu prosesə rəhbərlik edən Çeçenistan rəhbəri, özünün bandit davranışları ilə məşhur olan Kadırovun əmisi oğludur".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

"Təyyarə bilməyərəkdən və ya qəsdən vurulub. Ancaq ən böyük cinayət təyyarəmizə beynəlxalq normalara görə eniş üçün icazə verməməkdir. Onlar təyyarəyə dərhal yardım göstərməli, ən yaxın hava limanına enişini təmin etməli idilər. Bu hadisəni törədənlər özlərinə xas olan cinayətkar obrazları ilə cinayəti ört-basdır etməyə çalışdı. Təyyarə yaxında olan 4 hava limanına deyil, Aktauya yönləndirilib. Məqsəd də açıq-aydın bəllidir ki, izləri itirmək istəyiblər. Pilotların qəhrəmanlığı və peşəkarlığı sayəsində təyyarə quruya eniş edib. Sağ qalanların ifadələri və təyyarənin vəziyyəti onu göstərir ki, təyyarə kənardan müdaxilə ilə qəzaya uğrayıb. Azərbaycan Rusiyada müttəfiqlik və qonşuluq münasibətinə uyğun olaraq baş vermiş hadisəni etiraf olunmasını, üzrxahlıq edilməsini daha sonra təzminat məsələsini  həll etməsini istəyir. Rusiya tərəfi tamamilə fərqli davranış sərgilədi. İzi itirmək istədilər. Daha sonra Kadırov səviyyəsində Azərbaycana təkliflər edildi. Bunlar təhqiramiz davranışlardır. Kadırov və Çeçenistan hansı hədlə Azərbaycan dövləti ilə tərəf müqabili olmağa çalışır. Bu, qəbuledilməz məsələdir. Azərbaycanın tələbi odur ki, məsələdə əli olanlar araşdırılıb, cəzalandırılsın".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top