"Azərbaycan 21-ci əsrdə kolonializm siyasətinin doğurduğu problemləri beynəlxalq müstəvidə qaldıran ilk dövlətdir" — Politoloq

SİYASƏT 25 dekabr 2024, 18:31
Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisi Bertrand Çamoulaud Fransanın Afrikadakı mövcudluğundan danışarkən Bakı Təşəbbüs Qrupunun adını çəkib. O, “Le Monde” qəzetinə müsahibəsində etiraf edib ki, dənizaşırı ərazilərdə kolonializmə qarşı cərəyan güclənir: “Onların təsiri bu tip müstəqillik hərəkatlarını dəstəkləyən və onlara tribuna verən Bakı Təşəbbüs Qrupu kimi xarici aktorlar tərəfindən gücləndirilib”, - deyə fransalı rəsmi qeyd edib.

“Fransa II Qarabağ müharibəsi və ondan sonrakı proseslərdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmamasına çalışır. Fransa Qarabağdakı separatizmə daim dəstək verib. Hətta, ermənilərin yenidən geri qayıtması üçün əlindən gələni edib. Azərbaycana qarşı Avropada qərəzli qətnamələrin qəbul edilməsində dırnaqarası iştirak edir. Mülki missiyanın tərkibində Avropa İttifaqının sərhəddə təxribatlar törətməsinə şərait yaradır. Kəşfiyyat aparırır, regionda qalmağa çalışır. Göründüyü kimi, Fransa Cənubi Qafqazda Azərbaycana qarşı təxribat xarakterli fəaliyyətlər aparır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O,  Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisi Bertrand Çamoulaudun açıqlamasında münasibət bildirirək qeyd edib ki, Azərbaycan bütün bunların qarşısında cavabsız qala bilməz:

“Çünki Fransa özü imperialist siyasət yeridir, dənizaşırı ərazilərdə xalqların hüquqlarını kobudcasına pozur. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə Bakı Təşəbbüs Qrupunu yaratdı. Azərbaycan adalarda yaşayan xalqların müstəqilliyə nail olması üçün fəal işlər həyata keçirir. Fransaya bunun təsirləri oldu, bunu etiraf edir. Azərbaycan ilk dəfə 21-ci əsrdə kolonializm siyasətinin doğurduğu problemləri beynəlxalq müstəvidə qaldıran dövlət oldu. Bu təşəbbüs böyük dəstək qazanıb, buna görə də Fransa dövlətini narahat edir. Azərbaycan Fransanı silkələdi və dənizaşırı xalqların hüquqlarının qorunması istiqamətində görülən tədbirləri davam etdirir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top