Xəbər verdiyimiz kimi, Tovuzda tələbələr arasında zəhərlənmə olub. Tortdan zəhərlənən tələbələr ilkin müayinədən sonra xəstəxanadan evə buraxılıblar.
Məlumata görə, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Kompüterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsi zəhərlənmə diaqnozu ilə müalicə aldıqları xəstəxanadan evə buraxılıblar.
Qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev Demokrat.az-a açıqlamasında deyib ki, kremli tortlar həssas qida qrupuna aid olduğu üçün zəhərlənməyə səbəb ola bilər:
“Tort hazırlayarkən istifadə olunan məhsullar, xüsusən də süd və süd məhsulları təzə olmalıdır. Xarab olmuş və ya istifadə müddəti bitmiş məhsullardan tort hazırlamaq təhlükəlidir. Tortun hazırlanmasında istifadə olunan krem və digər məhsullar soyuducuda saxlanılmalıdır. Tort hazır olduqdan sonra soyuducuya qoyulmalıdır. İsti havalarda kremli tortların saxlanılmasına daha çox diqqət etmək lazımdır.
Tortların, eləcə də digər xəmir şirniyatlarının bişirilməsi gigiyenik şəraitdə olmalıdır. Tortun hazırlanmasında istifadə edilən alətlər, avadanlıqlar da təmiz olmalı, hər istifadədən sonra sanitariya-gigiyena qaydalarına uyğun olaraq təmizlənməli və təhlükəsiz şəraitdə saxlanmalıdır. Tortlar uzun müddət üstü açıq şəkildə saxlanmamalı və satışdan əvvəl təzəliyi yoxlanılmalıdır. Ümumiyyətlə, qida təhlükəsizliyi qaydalarına bütün şirniyyat sexlərində, kafe və restoranlarda, şadlıq saraylarında əməl olunmalıdır. Müvafiq qaydalara riayət olunması şəraitində qida zəhərlənmələrinin baş verməsi halları azala bilər”.
Törə Zeynallı
Demokrat.az