Ürəyi dayanan futbolçu meydanlara qayıdır?

İDMAN 24 dekabr 2024, 11:46
“Fiorentina”nın yarımmüdafiəçisi Eduardo Bove komandanın İtaliya A Seriyasının 17-ci turu çərçivəsində keçirilən “Udineze” ilə oyununda ehtiyat oyunçular skamyasında oturub.

Demokrat.az xəbər verir ki, Bove dekabrın 1-də "İnter"ə qarşı ürək tutmasından sonra ilk dəfə "bənövşəyilər"in oyununu ehtiyat oyunçular skamyasından izləyib. "La Gazzetta dello Sport"un məlumatına görə, "Fiorentina" bunun üçün xüsusi icazə alıb.

Dekabrın 10-da 22 yaşlı yarımmüdafiəçi defibrilator quraşdırmaq üçün əməliyyat olunub və bir neçə gün sonra xəstəxanadan buraxılıb. A Seriyasının reqlamentinə əsasən, futbolçu defibrillyatorun implantasiyasından altı aydan az vaxt keçməyincə, çempionatda oynaya bilməyəcək.

Qeyd edək ki, oyun dekabrın 23-də "Artemio Françi" stadionunda baş tutub və meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. (Publika.az )

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 08:27
Top