Nazirliyin əməkdaşının vəfatı ilə bağlı rəsmi AÇIQLAMA

SOSİAL 24 dekabr 2024, 08:29
Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı vəfat edib.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki,  İdarədən əməkdaşın vəfatı ilə bağlı açıqlama verilib.

Bildirilir ki, İdarənin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi, 20.01.1977-ci il təvəllüdlü Həsənov Nəcəf Əyyub oğlu 23.12.2024-cü il tarixdə axşam saat 19:00 radələrində Xankəndi şəhərində yaşayış evində vəfat edib.

İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 fevral 2025, 11:47
05 fevral 2025, 11:32
05 fevral 2025, 11:25
Top