YapiKredi Müraciət Forması
İqtisadiyyat

“Azeri Light” ın qiyməti 80 dollara yaxınlaşır

“Azeri Light” ın qiyməti 80 dollara yaxınlaşır

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,41 ABŞ dolları və ya 0,54% artaraq 76,56 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.

NE
Nihadə Eyyubova