Aygün Kazımova yenə bunu bacardı — FOTOLAR (VİDEO)

ŞOU-BİZNES 13 dekabr 2024, 14:56

Xalq artisti Aygün Kazımovanın bir neçə gün əvvəl işıq üzü görən "1" mahnısı izlənmə rekortları qırıb. 

Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, Pop kraliçanın Kazım Canla dueti artıq hitə çevrilib. Bir günün içində yutubda trendə düşən "1" ikinci sıraya yüksəlib. 

Məşhur duet "Apple Music"də top 5-likdə yer alıb. Yutub da isə mahnı 1 milyona yaxın baxış toplayıb. 

"1" həmçinin TikTok-da da viral olub. Bəstəyə çəkilən videoların sayı 20 mini keçib. 

Qeyd edək ki, bu Kazımovanın 2024-cü ildə hitə çevrilən ilk mahnısı deyil. Pop kraliçanın "Bilmək olmaz" və "S.O.S" mahnıları da ilin ən çox dinlənilənləri olublar. 






DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top