"Sanki Argentinanın prezidenti ölkəmizə səfər etdi" — Jurnalist

İDMAN 12 dekabr 2024, 15:30
"Lionel Messinin səfərinin qısa olması heç xoş olmadı. Səfər kommersiya xarakteri daşıyırdı. Yaxşı olardı ki, ən azından AFFA, hər hansı futbol klubunu ziyarət etsin, gənc futbolçular ilə görüşsün. Ən az yarım saatlıq da olsa idman mütəxəssisləri ilə görüşməyi yaxşı olardı. Səfər sıx qrafik üzərində qurulmuşdu. Düşünürəm ki, lazımlı futbol mütəxəssisləri ilə görüş olmalı idi".

Bu sözləri Demokrat.az-a açıqlamasında idman eksperti Ağa Dadaşzadə deyib: 

"Futbolsevərlərin çoxu onu görə bilmədi. Səfər əyləncə xarakteri daşıdı. Furbolçularla görüş, məsləhət vermək, təcrübələrini onlarla bölüşmək yaxşı olardı. Səfərlə bağlı çox iş görmək olardı. Sanki Argentinanın prezidenti ölkəmizə səfər etdi. Çox sayda idman media nümayəndələrini görə bilmədik. Konsert və bir neçə top hədiyyə etməklə səfər başa çatdı". 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 17:26
Top