Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yonq-hyun intihara cəhd edib.
Demokrat.az bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, o, bu addımı prezident Yun Sok Yolun hərbi vəziyyət tətbiq etmək cəhdi ilə bağlı qiyamda ittiham olunduqdan sonra saxlanıldığı Seulun şərqindəki təcridxanada atmaq istəyib.
Qiyam cəhdində prezidentə kömək etmək ittihamı ilə həbs edilənKim qoruyucu kameraya köçürülüb və onun vəziyyəti stabil olaraq qalır.
Qeyd edək ki, dekabrın 3-də Cənubi Koreyada 50 ildən artıq müddətdə ilk dəfə hərbi vəziyyət elan edilib. Bu barədə ölkə prezidenti Yun Sok Yol qərar verib. Yerli vaxtla saat 23:00-da milli televiziyada hərbi vəziyyət elan edilib və buna səbəb kimi təhlükəsizlik problemləri və Şimali Koreya təhlükəsi göstərilib.
Lakin Cənubi Koreya müxalifəti dərhal ölkə prezidentinin hərbi vəziyyət elan etməsini qanunsuz və konstitusiyaya zidd elan edib. Yun Sok Yolun öz partiyası olan mühafizəkar Xalq Gücü Partiyasının lideri də hərbi vəziyyəti “yanlış addım” kimi qiymətləndirib.
Yerli vaxtla gecə saat 01:00-da binaya toplaşan 300 deputatdan 190-ı hərbi vəziyyət qərarının əleyhinə səs verib və prezident Yunun qərarı etibarsız elan edilib.