Netanyahu: “Biz Suriyada yaşayan dostlarımıza sülh əlimizi uzadırıq”

DÜNYA 08 dekabr 2024, 18:44

İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada Bəşər Əsədin hakimiyyətinin devrilməsinə "X" hesabı vasitəsilə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, B. Netanyahu bu anı Yaxın Şərq üçün tarixi gün kimi dəyərləndirib:

"Dəməşqdə Bəşər Əsəd rejiminin devrilməsi böyük imkanlar vəd etsə də, özü ilə önəm verilməli olan təhlükələri də gətirəcək.

Biz sərhədin o tayında, Suriyada yaşayan və bizimlə sabitlik şəraitində yaşamaq istəyən dostlarımıza: kürdlərə, xristianlara və müsəlmanlara sülh əlimizi uzadırıq" - deyə, B. Netanyahunun paylaşımında bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top