Filiz Kılıç: Füzulidə ermənilərin dağıtdıqları binaları görüb kədərlənirəm

XARİCİ SİYASƏT 08 dekabr 2024, 13:43
Mən sol tərəfdə köhnə Füzulini görüb kədərlənirəm. Ermənilərin etdiyi zülmü, dağıtdıqları binaları görəndə, insanları öldürdüyünü eşidəndə məyus oluram. Sağ tərəfdə isə yenidən inşa edilən Füzuli şəhərini görürəm. Sağ tərəfə baxıb qürur duyur, sol tərəfə baxıb isə kədər hissi keçirirəm.

Bu sözləri Füzulidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyası qrupunun sədr müavini Filiz Kılıç deyib.

"Mən ötən dövrdə də işğaldan azad torpaqlara - Şuşaya və Xankəndiyə gəlmişdim. Seçkiləri müşahidə etdik. Şuşada insanlarla görüşdük, onların həyəcanına ortaq olduq. İnsanların səs verərkən necə sevindiklərini gördük", - deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top