Rusiya idmançıları beynəlxalq yarışlara qaytarılır

İDMAN 04 dekabr 2024, 19:57
Rusiya idmançıları tezliklə beynəlxalq yarışlara qayıdacaqlar.

Demokrat.az
xəbər verir ki, Ümumdünya Ağır Atletika Federasiyasının prezidenti rusiyalı ağır atletlərin tezliklə beynəlxalq yarışlara qayıdacaqlarını bildirib.

“Dekabrın 5-də Rusiya ağırlıqqaldıranlarının 2025-ci ildə keçiriləcək Avropa çempionatı və dünya çempionatına buraxılması üçün yol xəritəsi hazırlanacaq”, - deyə məlumatda deyilir.

Rusiya və Ukrayna müharibəsinin başlamasından sonra Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarını yarışlardan kənarlaşdırmışdı. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top