İdman Özəl

Rusiya idmançıları beynəlxalq yarışlara qaytarılır

Rusiya idmançıları beynəlxalq yarışlara qaytarılır

Rusiya idmançıları tezliklə beynəlxalq yarışlara qayıdacaqlar.

Demokrat.az xəbər verir ki, Ümumdünya Ağır Atletika Federasiyasının prezidenti rusiyalı ağır atletlərin tezliklə beynəlxalq yarışlara qayıdacaqlarını bildirib.

“Dekabrın 5-də Rusiya ağırlıqqaldıranlarının 2025-ci ildə keçiriləcək Avropa çempionatı və dünya çempionatına buraxılması üçün yol xəritəsi hazırlanacaq”, - deyə məlumatda deyilir.

Rusiya və Ukrayna müharibəsinin başlamasından sonra Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarını yarışlardan kənarlaşdırmışdı.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova