YapiKredi Müraciət Forması
İdman Özəl

"Qalatasaray"ın ulduzu derbidə oynamaya bilər

Qalatasarayın ulduzu derbidə oynamaya bilər

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Barış Alper Yılmazın "Fənərbağça" ilə derbidə meydana çıxıb-çıxmayacağı bəlli deyil. Hücumçunun UEFA Çempionlar Liqasında "Lill"lə qarşılaşmadan sonra ağrılarının artdığı bildirilir.

Demokrat.az xəbər verir ki, "T24" nəşrinin "Sabah"a istinadən yaydığı məlumata görə, Barış Alper Yılmaz "Lill"lə oyunda ağrıları olmasına baxmayaraq, komandasına kömək etmək üçün meydana çıxıb. Lakin görüşdən sonra futbolçunun vəziyyətinin pisləşdiyi üzə çıxıb.

26 yaşlı oyunçunun "Fənərbağça" ilə prinsipial qarşılaşmada iştirak edib-etməyəcəyinə tibbi müayinələrdən sonra qərar veriləcək.

Qeyd edək ki, Barış Alper Yılmaz bu mövsüm Türkiyə Superliqası və Çempionlar Liqasında ümumilikdə 11 matçda iştirak edib. O, həmin görüşlərdə bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Jalə