Sumqayıtda, 13-cü mikrorayonda baş verən partlayış nəticəsində 100-ə yaxın sakin binadan təxliyə edilib.
Demokrat.az Baku TV-yə istinadən bildirir ki, partlayışda evi dağılan vətəndaşlar aqibətlərinin necə olacağını gözləyirlər.
"Hay-küy düşdü, gördük ki, evlər dağılıb. Hamımız bayıra çıxdıq. Hələ ki heç kim heç nə demir. Çöldə qalmışıq, yəqin ki, evlə təmin edərlər", - təxliyə olunan sakinlərdən biri deyib.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən qurum ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən birgə Komissiya yaradılıb. Vəziyyət dəyərləndirilir və ictimaiyyətə məlumat veriləcək.
Ətraflı süjetdə: