Şuşa Xəstəxanası yeni tibbi avadanlıqlarla təchiz olunacaq — PUL AYRILDI

İQTİSADİYYAT 03 dekabr 2024, 15:41
Şuşa Rayon Mərkəzi Xəstəxanasının köməkçi binaları yeni tibbi avadanlıqlarla təchiz olunacaq.

Demokrt.az xəbər verir ki, bu barədə informasiya dövlət satınalmalarının vahid internet portalında yer alıb.

Məlumata görə, artıq Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti bununla bağlı hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasını "Arash Medical Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib. Bunun müqabilində isə şirkətə 2.360.000 AZN (2 milyon 360 min manat) məbləğində vəsait ödəniləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top