"Zelenskinin ölümünü görürəm, arvadı isə..." — Zirəddin Rzayev

GÜNDƏM 02 dekabr 2024, 21:11
Rusiyada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev Ukrayna prezidenti Volodimir Zelenskinin faciəli sonu ilə bağlı açıqlama verib.

SAVASHMEDİA.az-ın məlumatına görə, Zirəddin bu barədə Rusiya mətbuatına danışıb. Onun sözlərinə görə, qanlı təlxəyi (Zelenskini nəzərdə tutur-red) dəhşətli son gözləyir:

“Zelenskinin fiziki məhvini görürəm. Mən onu yaşlı görmürəm. Etdiyi əməllərə görə onu dəhşətli bir əzab gözləyir. Ukrayna xalqının başına gələn böyük faciənin günahkarı odur.  Xalqı bəlaya düçar edən odur. Zelenski prezidentliyə namizədliyini irəli sürərkən hərbi əməliyyatları dayandıracağını demişdi. Amma nələr baş verdiyini hər kəs yaxşı bilir".

O daha sonra bunları deyib:

"Zelenskinin arvadı Avropada xoşbəxt yaşayır. O, bahalı maşınlar, zinət əşyaları alır və ona inanan insanlar isə yoxsuldur. Mən görürəm ki, bu ilin sonunda, gələn ilin əvvəlində Ukraynada dəyişikliklər baş verəcək. Hərbi əməliyyatlara gəlincə, 2025-ci ildə vəziyyət sabitləşəcək. 2026-cı ildə mən artıq heç bir münaqişə görmürəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 dekabr 2024, 22:53
Top