Gürcüstan prezidenti Salome Zurabişvili məktəbləri ölkənin hazırkı hakimiyyətinə qarşı etirazlara qoşulmağa çağırıb.
Demokrat.az xəbər verir ki, prezident bunu “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Universitetlərdən sonra bütün Gürcüstanda baş verən etirazlarla həmrəyliklərini ifadə etmək növbəsi məktəblərə çatır”- deyə o, bildirib.
Gürcüstanda hakimiyyət Avropa İttifaqına daxil olmaq ilə bağlı danışıqları dayandırdığını elan edib.
Bundan sonra ölkədə etiraz aksiyaları keçirilir.
Gürcüstan prezidenti Salome Zurabişvili etirazlara qoşulub sakinlərinə müraciət edərək, onları hakimiyyətə təzyiq göstərməyə çağırıb.
Əfsanə Kamal
Demokrat.az