Şəxs öncədən xəbərdarlıq etmədən işdən ayrıla bilər — AÇIQLAMA

GÜNDƏM 02 dekabr 2024, 15:45
Bir çox müəssisələrdə vətəndaş işdən ayrılmaq istədiyi zaman bir ay daha işləməli olduğu bildirilir. Bu hal bir çoxlarımızın həyatında baş verib. Bəs məsələ qanuna əsasən necə tənzimlənir?

Vəkil Turan Abdullazadə məsələnin hüquqi tərəflərini Demokrat.az-a danışıb.

O bildirib ki, bəzi işə götürənlər işçiləri hədələməklə bir ay daha işləməklərini tələb edirlər: 

“İşdən ayrılmaq  istəyən şəxsə deyilir ki, bir ay öncədən iş yerinə xəbərdarlıq etməli idi. Ona bildirilir ki, belə olan halda Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi üzrə işinə xitam veriləcək. 
Bu bəndə əsasən işçinin əmək funksiyalarını və ya müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbi gətirilir.

Əmək Məcəlləsinin 69.3-cü maddəsində işçinin bir aylıq müddəti gözləmədən işdən çıxa biləcəyi hallar qeyd olunub. 

İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsil müəssisənə qəbul olduqda, yaşayış yerini dəyişdikdə, başqa işə götürənlə müqavilə bağlamağa dair razılığa gəldikdə, seksual qısnamaya məruz qaldıqda və.s hallarda ərizəsində qeyd etdiyi gün əmək müqaviləsinə xitam verə bilər.  

Bu hallarda vətəndaş heç bir xəbərdarlıq etmədən iş yerini tərk edə bilər. İşə götürənlər bu mövzuda heç bir təzyiq göstərə bilməz”.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top