Kadırov Hüseynin toyunda tamadalıq edəcəyinə söz verdi

DÜNYA 30 noyabr 2024, 22:54
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Çeçenistana yollanıb.

Axşam.az xəbər verir ki, bloger instaqram səhifəsində Çeçenistan rəhbəri Ramzan Kadırovla bir araya gəlib. Onlar birgə dağlıq əraziyə gediblər.

Avtomobili Kadırov özü idarə edib.

Hüseyn tezliklə Qroznıda toy edəcəyini vurğulayıb: 

"Biz razılığa gəldik ki, toyumu tezliklə Qroznıda edəcəyəm. Hamını da toyuma dəvət edirəm".

Kadırov isə Hüseynin bu sözlərinə belə reaksiya verib:

"Əgər tamada mən olacağamsa, toy möhtəşəm keçəcək. Əl sıxdıqsa, demək bu çox ciddi məsələdir. Tezliklə bu toyun olacağını gözləyirik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 10:51
Top