Gürcüstanın 5 universiteti dərsləri dayandırdığını bəyan edib

REGİON 29 noyabr 2024, 22:55
Avropaya inteqrasiyanın dayandırılmasına etiraz olaraq Gürcüstanın 5 universiteti tədris prosesini dayandırdığını bəyan edib.

Azpost.info bildirir ki,  Gürcüstan Universitetində, Texnologiya və Biznes Universitetində, İctimai Əlaqələr İnstitutunda (GIPA), Sulxan-Saba Orbeliani Universitetində və Qafqaz Universitetində dərslər dayandırılıb.

İliya Universitetinin Elmi Şurası “Gürcüstanın Avropa perspektivindən imtina” ilə bağlı narahatlığını bildirib. Universitetdə təhsilin dayandırılması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Kutaisidə valideynlər Avropaya inteqrasiyanın dayandırılmasına etiraz olaraq övladlarını məktəbə buraxmırlar.

Bundan əlavə, Kutaisi Birinci Dövlət Məktəbinin bir neçə sinfinin valideynləri “Gürcüstanı ruslaşdırmaq cəhdlərinə” etiraz olaraq övladlarını dərsə buraxmayacaqlarını bəyan ediblər. Onların fikrincə, bu aksiya hələlik ehtiyat xarakterlidir.

Noyabrın 29-da gecə saatlarında və səhər tezdən təhlükəsizlik qüvvələri hakimiyyətin Avropaya inteqrasiya ilə bağlı danışıqları 2028-ci ilin sonuna qədər təxirə salmaq qərarından sonra toplanan kortəbii mitinqi dağıdıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:51
04 dekabr 2024, 10:01
Top