Xəbər verdiyimiz kimi, bu il ölkəyə idxal edilən avtomobillərin sayı nisbətən azalıb. Belə ki, bu ilin ilk 10 ayında Azərbaycana 75 minə yaxın avtomobil idxal edilib. 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8 % və ya 6483 ədəd azalıb, dəyəri isə 8 % və ya 110.4 milyon dollar artıb.
Məsələyə münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, son illərdə Azərbaycanda nəqliyyat sektorunda bir sıra yeniliklər oldu:
“Bu yeniliklərin nəticəsində ölkəyə gətirilən nəqliyyat vasitələri arasında fərq yarandı. Yəni, artıq sırf təyinatı üzrə və ehtiyac duyulan nəqliyyat vasitələrinin idxalına başlanılıb. İslahatların aparılması, qiymətlərin tənzimlənməsi kimi amillər prosesə təsir etdi. Düşünürəm ki, nəqliyyat vasitələri arasındakı fərqin aradan qalxması üçün müəyyən addımların atılmasına ehtiyac var. Güzəştli kreditlərin ayrılması, dotasiyaların təyin olunması, dövlət dəstəyinin artırılması aparıcı amillər ola bilər və bu sahədə yeni islahatlar aparıla bilər”.
Törə Zeynallı
Demokrat.az