İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.
Demokrat.az xəbər verir ki, hadisə Məzrəli kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı "Toyota" markalı minik maşınının sürücüsü Əldursun İsayev ölüb. Digər sürücü - "Hyundai" sahibi Vüsal Qənbəralıyev rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


