Generalın oğluna vəzifə verildi — RƏSMİ (FOTO/YENİLƏNDİ)

SİYASƏT 21 noyabr 2024, 14:12

Xəbər verdiyimiz kimi, Penitensiar Xidmətdə yeni təyinat olub.

Demokrat.az xəbər verir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, Penitensiar xidmətdə rəisin müşaviri vəzifəsi yoxdur:

“Rauf Qasımzadə Strateji planlaşdırma və Monitorinq İdarəsində Penitensiar xidmət rəisinin köməkçisi təyin olunub”, - açıqlamada qeyd olunub.

***12:28

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub. 

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmət rəisinin müşaviri təyin edilib.

Qeyd edək ki, o bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində yüksək vəzifədə çalışıb.

Xatırladaq ki, uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışmış Aydın Qasımov Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib. (Manset.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top