İlon Maska görə İran mediası ikiyə bölündü

DÜNYA 16 noyabr 2024, 18:30
ABŞ-ın tarixi seçkilərində Donald Trampın qalib gəlməsini təmin etmək üçün sahəyə addım atan milyarder iş adamı İlon Mask yeni dövrdə seçkilərdən cəmi 10 gün sonra gündəmdədir.

Amerikanın "New York Times" qəzeti İlon Maskın İranın BMT-dəki nümayəndəsi ilə bir saat görüşdüyünü yazıb. Nyu-Yorkda keçirilən gizli görüşdə Mask və iranlı diplomat Əmir Səid İrəvani ABŞ və İran arasında gərginliyin necə azaldılmasını müzakirə ediblər. Qəzetin yazdığına görə, görüş xahişi hazırda dünyanın ən varlı adamı olan Maskdan gəlib.

Donald Trampın sözçüsü gizli görüşü təsdiqləyən və ya təkzib edən şərhlər verməyib.

Demokrat.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi xəbəri təkzib edərək, sözügedən görüşün qəti şəkildə baş tutmadığını bildirib və Amerika mediasının təbliğat apardığını bildirib.

Sözçüsü Bekayinin açıqlamalarını öz səhifəsinə çatdıran İran mediasında İlon Mask başlıqları diqqət çəkir:

İslahatçı “İtimat” qəzeti görüş xəbərini “Vaşinqtonun Tehrana qarşı ilk diplomatik sınağı” başlığı ilə öz birinci səhifəsində yazıb.

Mühafizəkar “Kayhan” qəzeti yenə birinci səhifəsində yazıb: “Trampın nümayəndəsi ilə gizli görüş!” 'Sadəlövhlük, yoxsa xəyanət?'

Başqa bir qəzet, Farhiktegan, ilk səhifəsində İlon Maskın nəhəng karikaturasını dərc edib və "Cənab X-in maskası" başlığı ilə oxucularının qarşısına çıxarıb.

Beynəlxalq xəbər agentliyi AFP, Tehran administrasiyasının təkzib etməsindən əvvəl, şənbə günü İran mediasının iki yerə bölündüyünü bildirib.

AFP-nin məlumatına görə, bəzi qəzetlər gizli görüşü müsbət qiymətləndirib, bəziləri isə bunu “xəyanət” kimi qiymətləndirib.

AFP xəbər verir ki, sözügedən görüşə müsbət baxan qəzetlər prezident Məsud Pezeşkiyanı dəstəkləyən islahatçı nəşrlərdir.

“Ham-Mihan” qəzeti İranın diplomatik strategiyasının ABŞ-dan müsbət cavab aldığını şərh edib.

Şark qəzeti görüşün Donald Trampın fəal diplomatiyasının nəticəsini əks etdirdiyini qeyd edib.

AFP xatırladıb ki, ultra-mühafizəkar “Kayhan” qəzeti ilk səhifəsində “xəyanət” ifadəsini yerləşdirib və digər mühafizəkar nəşr olan Cumhuriye İslami qarşılıqlı əlaqəni İranın xarici siyasətində yeni yolun başlanğıcı kimi qiymətləndirib. (Milliyet.com)

Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top